Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan Gürcüstan bölgəsində, Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini və onun nəticələrini tanımır
Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan Gürcüstan bölgəsində, Abxaziyada keçirilən üzdəniraq prezident seçkilərini və onun nəticələrini tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayır.

Bəyanatda deyildiyi kimi, Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı öz dəstəyini təsdiq edir və avqustun 25-də Gürcüstanın bölgəsi Abxaziyada keçirilən qondarma seçkiləri tanımır.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkilərini”, həmçinin onun nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri dünən keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar.