"Ayıbdır" hərəkatının təşkilatçıları parlamentin yanındaki aksiya başa çatana yaxın manifest yaydılar
"Ayıbdır" hərəkatının təşkilatçıları parlamentin yanındaki aksiya başa çatana yaxın manifest yaydılar

“Ayıbdır” hərəkatının təşkilatçıları parlamentin yanındaki aksiya başa çatana yaxın manifest yaydılar və aksiya iştirakçılarına öz hərəkat planlarını təqdim etdilər.

Aksiya təşkilatçılarının dediyinə görə, onlar mübarizələrini manifestdə göstərilən punktlara müvafiq şəkildə davam edəcəklər.

Onların dediyinə görə, mübarizələrinin məqsədi İvanişvili hakimiyyətini sülh yolu ilə bitirməkdir.

Bu məqsədlə onlar regionlarda və Tbilisidə aktivistlər qruplarını gücləndirəcəklər, 20 iyun hadisələri zamanı zərər görənlərə hüquqi yardım təklif edəcəklər və Bidzina İvanişvilinin “təbliğatçı medya vasitələrini” məğlub etmək üçün yeni media-platformalar yaradacaqlar.

“İvanişvilinin trollar ordusunu məğlub edə biləcək elflər ordusunu yaradaq!”

Biz İvanişviliyi beynəlxalq arenadada məğlub edəcəyik!

Biz Gürcüstanda Rusiyayı bitirəcəyik!! – bunlar manifestin lozunqlarıdır.