Avtonəqliyyat vasitəsi ilə buğdanın idxalının qadağan edilməsi oktyabrın birinə qədər uzadıldı
Avtonəqliyyat vasitəsi ilə buğdanın idxalının qadağan edilməsi oktyabrın birinə qədər uzadıldı

Avtonəqliyyat vasitəsi ilə buğdanın daxil edilməsinin qadağası, cari ilin oktyabrın birinə qədər uzadıldı. Bu barədə Birinci Kalnala Maliyyə Nazirliyindən məlumat verdilər.

İdarənin məlumatına görə, nazirlik qeyd olunan qərarı avtonəqliyyat vasitəsi ilə buğdanı daşıyan sahibkarlar və sürücülərin xahişini nəzərə alaraq qəbul etdi.

“Gürcüstan Maliyyə Nazirliyi avtonəqliyyat vasitəsi ilə buğdanı daşıyan sahibkarlar və sürücülərin xahişini nəzərə alaraq, maliyyə nazirinin əmrinin işə düşməsini oktyabrın birinə qədər uzatdı. Başqa təqdirdə qeyd olunan malın ixrac-idxalı yalnız dəmiryolu və dəniz nəqliyyatı ilə mümkündür”, – Maliyyə Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.

Məhdudiyyət sentyabrın 15-dən qüvvəyə minməli idi.