Avtonəqliyyat vasitələri ilə hərəkət və həmçinin taksilərin işləməsi aprelin 27-dən bərpa ediləcək
Avtonəqliyyat vasitələri ilə hərəkət və həmçinin taksilərin işləməsi aprelin 27-dən bərpa ediləcək

Avtonəqliyyat vasitələri ilə hərəkət aprelin 27-dən bərpa ediləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Giorgi Qaxarianın bəyan etdiyinə görə, aprelin 27-dən taksilərin işləməsinə də icazə veriləcək.

“Həmçinin, onlayn-ticarət, hər növ məhsulun ünvana çatdırılma xidmətləri və aqrar bazarların işi də bərpa olunacaq” – dedi baş nazir.