Avtomobillərin təkrar ixrac göstəricisi
Gürcü avtodillerləri yeni bir problemlə üzləşirlər. Bir neçə il əvvəl, Azərbaycanda satış azaldıqdan sonra, indi Ermənistan və Qırğızıstan bazarlarında azalma gözlənilir. Çox güman ki, bu ölkələrdə yanvar ayından gömrük ittifaqı qanunvericiliyi qüvvəyə minəcək, bu da avtomobillərin gömrük rəsmiləşdirilməsini bahalaşdıracaq. Dəyişiklik qüvvəyə minənə qədər Gürcüstanda avtomobil ticarəti xüsusilə aktivləşibd. Buna görə də Poti limanında növbələr var.