Avtobanın tikilməsi üçün 255 milyon avronun ayırılacağı ilə bağlı razılaşma imzalandı
Avtobanın tikilməsi üçün 255 milyon avronun ayırılacağı ilə bağlı razılaşma imzalandı

Maliyyə Naziri İvane Maçavariani və Gürcüstanda Asya İnkişaf Bankının daimi nümayəndəliyinin direktoru Şein Rozental 255.1 milyon avroluq resursun ayrılması ilə bağlı razılaşmayı imzaladılar.

Qeyd olunan məbləğ Şorapan və Arqveta arasında təqribən 14.7-kilometrlik, iki tərəfli, dörd xəttli avtomagistralın tikilməsinə xərclənəcək. Layihə çərçivəsində, 14 körpü və 12 tunel tikiləcək.

İdarənin məlumatına görə, yeni yol infrastrukturu qeyd olunan avtomagistralda nəqliyyatın effektiv və təhlükəsiz hərəkətini təmin edəcək.

Layihəyi Regional İnkişaf və İnfrastruktur Nazirliyi həyata keçirəcək.

Layihə 2025-ci ilin iyun ayında başa çatacaq.