Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri işğal xəttində, Odzisi kəndində idilər
Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri işğal xəttində, Odzisi kəndində idilər

Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri Avropa İttifaqı müşahidəçilər missiyası ilə birlikdə işğal xəttində, Odzisi kəndində idilər.

Avropa İttifaqı müşahidəçilər missiyasının məlumatına görə, Aleksander Şalenberq, Qabrielius Landsberqis və Boqdan Auresku Gürcüstana Avropa Komissiyasının ali nümayəndəsi, Cozef Borelin mandatı ilə, Cənubi Qafqaza turne çərçivəsində gəliblər.

Elə onların məlumatına görə, Avropa İttifaqı müşahidəçilər missiyasının rəhbəri, səfir Marek Şmiqal təhlekəsizlik və humanitar baxımından inkişaf edən hadisələr barəsində danışdı. O, münaqişə ilə zərər çəkən əhalinin hərəkət etməsi azadlığı və insan hüquqları, həmçinin “borderizasiyanın” məftil divarlar və nəzarət məntəqələri kimi əlamətlərin mənfi təsirlərinə xüsusi diqqət yetirdi.

Bununla yanaşı, Avropa İttifaqı müşahidəçilər missiyasının məlumatına görə, nazirlər səfər üçün təşəkkürlərini bildirdilər ki, vəziyyət barəsində məlumatın alınmasına imkan verildi və missiyanın təhlükəsizlik və sabitliyin artırılmasında rolunu müsbət dəyərləndirdilər.

Avstriya, Rumıniya və Litva Xarici İşlər nazirləri Gürcüstana dünən gecə gəldilər. Üç ölkənin birinci diplomatı bu gün Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşəcəklər.

Günün sonunda Avropalı diplomatlar səfərlərini birgə mətbuat konfransında cəmləşdirəcəklər. Brifinq Gürcüstanda Avropa İttifaqının nümayəndəliyi ofisində keçiriləcək.

Şərh yaz