Avstraliya polisi 400 kiloqram narkotik maddəni çıxardı
Avstraliya polisi 400 kiloqram narkotik maddəni çıxardı

Avstraliya polisi “buz” adı ilə tanınan 400 kiloqram narkotik maddə kristal metamfitamini çıxardı.

Oktyabrın 15-də Amerika Birləşmiş Ştatlarından hava yükü ilə aparılan narkotik maddə “Sriraça” ketçupu butulkalarına yerləşdirilmişdi.

Avstraliya Sərhəd Polisinin məlumatına görə, narkotik maddənin dəyəri 210 milyon ABŞ dolarıdır.

Avstraliya hüquqmühafizəçiləri iş ilə əlaqədar dörd nəfəri yaxaladılar.