Avroviziyanın gürcü iştirakçılarının klipinin premiyerası - "İriaonun" "Şeni qulistvis" (sənin üçün) mahnısı

Birinci Kanalın efirində Avroviziyanın gürcü iştirakçılarının, “İriao” qrupunun müsabiqə mahnısı və klipinin premiyerası oldu.

“İriao” caz bendi Avromüsabiəsində Gürcüstanı “Şeni qulistvis” (sənin üçün) mahnısı ilə mayın 10-da təqdim edəcək.

Mahnının müəllifi David Malazoniyadır, oranjir Mişa Mdinaradzenin, sözlər isə, İrina Sanikidzeyə məxsusdur.

Video klipin çəkilişi üçün yeri rejissor Zaza Oraşvili Saquramonu seçdi. Klipin dizayneri Meqi Qabuniyadır. Klipdə “Erision” ansamblının üzvləri də iştirak edirlər.

Klip Avroviziyanın rəsmi veb səhifəsinə də yüklənəcək.

Şərh yaz