Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-in final şousu bu gün keçiriləcək - birbaşa translasiya Birinci Kanalda saat 19:00-da başlayacaq

Birinci Kanalın izləyicisi bu gün, saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-in miqyaslı şousunu birbaşa efirdə izləyəcək. Belarusda, Minsk arenasında, Uşaq Avroviziyasının sıra ilə 16-cı müsabiqəsində Gürcüstanın adı ilə, 13 nömrə ilə Tamar Edilaşvili təqdim olunacaq. Müsabiqəni həmçinin onlayn rejimdə, Birinci Kanalın vebsəhifəsində izləmək mümkündür.

Gürcü müsabiqəçisi “Sənin səsin” mahnısını ifa edəcək ki, onun da müəllifi Sopo Toroşelidzedir, sözləri isə, Aleksandre Lortkipanidzeyə məxsusdur.

Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2018-də səsvermə davam edir. Səsvermə proseduru bu gün, final şousunun başlamasına qədər dayandırılacaq.

Müsabiqənin qalibinin aşkar edilməsi üçün səsvermə  vote.junioreurovision.tv vasitəsi ilə mümkündür. Öz ölkənizi öz öz ölkənizdən dəstəkləməyiniz mümkündür.

Birinci Kanalın “Ranina” müsiqi layihəsinin qalibi Tamar Edilaşvili izləyiciyə müraciət etdi və onun dəstəklənməsinə doğru çağırdı.