Avroviziya müsabiqəsinin translyasiyasını Demetre Ergemlidze aparacaq, balları isə, Tamara Qaçeçiladze elan edəcək
Avroviziya müsabiqəsinin translyasiyasını Demetre Ergemlidze aparacaq, balları isə, Tamara Qaçeçiladze elan edəcək

“Avroviziya 2018” mahnı müsabiqəsini Birinci Kanalda jurnalist Dmitri Ergemlidze aparacaq, Gürcüstan ballarını isə, Tamara Qaçeçiladze elan edəcək.

Tamara Qaçeçiladze – Avroviziya 2017-nin iştirakçısıdır. O Kiyevdə Keep The Faith mahnısı ilə çıxış etmişdi.

Demetre Ergemlidze uşaq və böyüklərin Avroviziya müsabiqəsini artıq bir neçə ildir aparır.

O Birinci Kanalın “Ferma” verlişinin aparıcısıdır. Paralel olaraq da, Avroviziyanın prodyusserlər komandası ilə fəal əməkdaşlıq edir.

Avroviziyanın 63-cü müsabiqəsini Birinci Kanal birbaşa yayımla təqdim edəcək.

Böyük şounun finalları Portuqaliyada mayın 8-də və 12-də keçiriləcək.

Üç günlük mahnı müsabiqəsində 43 ölkə iştirak edir.

Gürcüstanı Avroviziyada “İriao” qrupu “Sənin üçün” mahnısı ilə təqdim edəcək.

 

Şərh yaz