Avroviziya mahnı müsabiqəsinin Gürcüstanlı iştirakçısı Oto Nemsadze Tel-Avivə getdi
Avroviziya mahnı müsabiqəsinin Gürcüstanlı iştirakçısı Oto Nemsadze Tel-Avivə getdi

2019-cu ilin Avroviziya mahnı müsabiqəsinin Gürcüstanlı iştirakçısı Oto Nemsadze və gürcü heyyəti Tel-Avivə getdilər.

Müğənni yola düşmədən öncə qeyd etdi ki, ən əsas və vacib olan son mərhələyə hazırlıq başlayır.

“Müasbiqəyə apardığımız mahnı dünya miqyasındaki problemlərə aiddir. Rəqabət böyük olacaq və əlimizdən gələni etməliyik ki, maksimumu edib, irəli gedə bilək. Sizə söz verirəm ki, hər birinizin səsi əmin əllərdədir” – dedi Oto Nemsadze.

Bu il 64-cü Avroviziya müsabiqəsi Tel-Avivdə keçirilir.

Müsabiqədə 41 ölkə iştirak edir.

Final şou isə, mayın 18-də keçiriləcək.