Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci ilin püşkatması bu gün keçiriləcək - 1TV.GE-də birbaşa translasiya
Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci ilin püşkatması bu gün keçiriləcək - 1TV.GE-də birbaşa translasiya

Roterdanmda Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci ilin püşkatması bu gün keçiriləcək və hansı yarımfinalda hansı ölkənin, o cümlədən Gürcüstanın da iştirak etməsi müəyyənləşdiriləcək.

Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq, finala avtomatik olaraq ev sahibi ölkənin (Niderlandlar) və böyük beşliyin: Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya nümayəndələri keçirlər.

2020-ci ilin Avroviziya Mahnı Müsabiqəsinin püşkatmasının birbaşa efirini izləmək Gürcüstanın Birinci Kanalının 1tv.ge veb-səhifəsində mümkündür. Püşkatma saat 19:10-da başlayacaq və ona jurnalist Demetre Erqemlidze aparıcılıq edəcək.

Avroviziya Mahnı Müsabiqəsinə Roterdam ev sahibliyi edir və bu il Gürcüstanı Tornike Ğipiani təqdim edəcək.

Şoun yarımfinalları 14 və 14 mayda, final isə, 16 mayda keçiriləcək.