Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Oto Nemsadze Ekspo Tel-Aviv səhnəsində ilk məşqini keçirdi

2019-cu ilin Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Oto Nemsadze Ekspo Tel-Aviv səhnəsində ilk məşqini keçirdi.

Oto Nemsadze az öncə media nümayəndələri ilə görüşdü, axşam isə, Gürcüstan Səfirliyi və Tel-Aviv Meriyasının təşkilatçılığı ilə tyin olunmuş görüşdə iştirak edəcək.

O, festivalın ilk yarımfinal şousunda, mayın 14-də, 11 nömrə ilə çıxış edəcək.

Sıra ilə 64-cü Avroviziya Mahnı Müsabiqəsinə Tel-Aviv ev sahibliyi edir. Müsabiqədə 41 ölkə iştirak edir.

Müsabiqənin birbaşa translasiyası Birinci Kanalın efirində mayın 14, 16 və 18-də, saat 23:00-dan başlayacaq.