Avroviziya 2021-in qalib ölkəsi İtaliya oldu
Avroviziya 2021-in qalib ölkəsi İtaliya oldu

Hollandiyada keçirilən Avroviziya 2021-in qalibi aşkar edildi. Qalib ölkə – “Maneskin” qrupu ilə İtaliya oldu. Müvafiq olaraq gələn ilin Avroviziyasının ev sahibi məhz bu ölkə olacaq.

Qeyd olunasıdır ki, Gürcüstandan münsiflər heyətinin ən yüksək dəyərləndirməsini – 12 xalı məhz elə İtaliyaya nəsib oldu. Gürcüstandan xalları tamaşaçılara Oto Nemsadze təqdim etdi.

Finala 20 ölkənin nümayəndəsi keçdi – Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San Marino, İsveçrə, Yunanıstan və Finlandiya.

Avroviziya finalında 20 finalçılarla birlikdə qələbə üçün “Böyük Beşliyin” ölkələri – Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya mübarizə aparırdı. Final mərhələsinə yarımfinal mərhələsiz həmçinin müsabiqənin ev sahibi Hollandiya da keçdi.

Gürcüstan nümayəndəsi, Tornikü Ğipiani müsabiqədən yarımfinalda kənarlaşdı. O, tamaşaçılar qarşısına “You” mahnısı ilə təqdim olundu.

Avroviziya konsertlərinin birbaşa translasiyasını Gürcüstanın Birinci Kanalı təqdim etdi.

Şərh yaz