Avropa Rekonstruksiya və İnkişaf Bankı Gürcüstanın iqtisadi artım proqnozunu dəyişməyib
Avropa Rekonstruksiya və İnkişaf Bankı Gürcüstanın iqtisadi artım proqnozunu dəyişməyib

Avropa Rekonstruksiya və İnkişaf Bankı (EBRD) Gürcüstanın iqtisadi artım proqnozunu dəyişməyib.

Proqnozun dəyişməz olaraq, qaldığı barədə məlumat bu gün Avropa Bankı tərəfindən yayılan bəyanatda verilir.

EBRD-nin proqnozuna görə, 2019-cu ildə, Gürcüstanın iqtisadi artımı 4,5 faiz təşkil edəcək, eyni göstərici 2020-ci il üçün də proqnoz edilir.

Eyni zamanda, Avropa İnkişaf Bankı Ermənistanda, Moldovada və Ukraynada iqtisadi artım perspektivlərini yüksəltdi, Azərbaycan və Belorusiya üçün isə, azaltdı.