Avropanın ən təhlükəli axtarışda olan şəxsini Maltada yaxaladılar
Avropanın ən təhlükəli axtarışda olan şəxsini Maltada yaxaladılar

Avropanın ən təhlükəli axtarışda olan şəxsini Maltada yaxaladılar. Hüquqmühafizəçi idarələri onu 16 il ərzində axtarırdılar. Kristofer Qus Mor 41 yaşındadır. Onu Brayan Votersin qətli ittihamı ilə yaxaladılar.

Cinayətkar Votersi skamyaya bağladı və iki uşağının gözü önündə öldürənə qədər döydü. İnsident Böyük Britaniyada 2003-cü ildə baş verdi.

Britaniyalı cinayətkarı Malta polisi ölkənin şimal hissəsində yaxaladı.