"Avropalı Sosialistlər" seçkilərlə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması barəsində çoxluğun təşəbbüsünə qoşulurlar
"Avropalı Sosialistlər" seçkilərlə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması barəsində çoxluğun təşəbbüsünə qoşulurlar

“Avropalı Sosialistlər” siyasi partiyası seçkilərlə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması barəsində çoxluğun bu gün səsləndirilən təşəbbüsünə qoşulur. Bu barədə məlumatı partiyanın mətbuat xidməti yayır.

“Biz bu təşəbbüsü alqışlayırıq. Seçkilərlə bağlı müvəqqəti istintaq komissiyasının işində iştirak etməyə hazırıq. Bununla seçkilər ətrafında mövcud olan problematikaya son qoyulacaq. Hesab edirik ki, istintaq komissiyasında beynəlxalq təşkilatlar, eləcə də qeyri-hökumət bölməsi tərəfindən dəvət olunmuş ekspertlər iştirak etməlidilər”, – bəyanatda deyilir.

Gürcüstan Parlamentinin vitse-spikeri, Kaxa Kuçava bu gün bəyan etdi ki, müxalifət nümayəndələrini istintaq komissiyasına qoşulmağa çağırır, faktlarla ittihamları təsdiq etsinlər ya da ictimaiyyətdən üzr istəsinlər.