"Avropa Gürcüstanı" və "Azad Demokratlar" sabah etiraz yürüşünü təşkil edəcəklər
"Avropa Gürcüstanı" və "Azad Demokratlar" sabah etiraz yürüşünü təşkil edəcəklər

“Avropa Gürcüstanı” və “Azad Demokratlar” sabah ali məhkəmədən parlament istiqamətində etiraz yürüşü təşkil edəcəklər. Bu gün Mtadsmindanın majoritar dairəsində keçirilən brifinqdə “Avropa Gürcüstanı” və “Azad Demokratlar” blokunun namizədi Şalva Şavqulidzenin bildirdiyinə görə, hakimiyyətə qarşı onların əsas tələbi ədalətin bərpası və Venetsiya komissiyasının zəmanətlərinin nəzərə alınması olacaq. Majoritarlığa namizədin dediyinə görə, “Gürcü Arzusu”-nun lideri Bidzina İvanişvili məhkəmə üzərində tam nəzarətin həyata keçirilməsini istəyir.

Şərh yaz