Avropa Şurasının nazirlər komitəsinin may ayında Strasburqda keçiriləsi 130-cü görüşü, payızda Afinada keçiriləcək
Avropa Şurasının nazirlər komitəsinin may ayında Strasburqda keçiriləsi 130-cü görüşü, payızda Afinada keçiriləcək

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Şurasının nazirlər komitəsinin 130-cü görüşünün tarix və yerinin dəyişikliyi barəsində məlumat yayır.

“2020-ci il 22 apreldə, Gürcüstanın sədrliyi təşəbbüsü ilə ilk dəfə video konfrans formatında keçirilən Avropa Şurası nazirlər müavini komitəsinin iclasında, COVİD-19 virusunun yayılması prevensiyası məqsədilə, Avropa Şurasının nazirlər komitəsinin 130-cü görüşünün tarix və yerinin dəyişikliyi barəsində qərar qəbul olundu.

Gürcüstanın sədrliyi çərçivəsində 2020-ci ilin mayın 15-də Strasburqda keçiriləsi Avropa Şurasının nazirlər komitəsinin 130-cü görüşü, 2020-ci il 4 noyabrda, Yunanıstanın sədrliyi çərçivəsində Afinada keçiriləcək”, – Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.