Avropa Şurası Parlament Assambleyasının prezidenti Gürcüstanda rəsmi görüşlərinə bu gün başlayacaq
Avropa Şurası Parlament Assambleyasının prezidenti Gürcüstanda rəsmi görüşlərinə bu gün başlayacaq

Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie Gürcüstanda rəsmi görüşlərinə bu gün başlayacaq.

Gürcüstana o, dünən gəldi.

Avropa Şurası Parlament Assambleyasının prezidenti ilk görüşünü Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze ilə keçirəcək. Görüşdən sonra onlar media üçün bəyanatlar verəcəklər.

Gürcüstan Parlamenti mətbuat xidmətinin məlumatına görə, Lilian Mor Paskie səhərdən Tserovaniyə yola düşəcək. Buradan sonra isə, Odzisi kəndinə gedəcək.

Avropa Şurası Parlament Assambleyasının prezidenti sabah Gürcüstan prezidenti Salome Zurabişvili və Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşəcək.