Avropa Şurası Parlament Assambleyasında Gürcüstanın, Ukraynanın, Estoniyanın, Latviyanın və Litvanın nümayəndə heyyətləri Rusiyaya qarşı birgə bəyanat yayacaqlar
Avropa Şurası Parlament Assambleyasında Gürcüstanın, Ukraynanın, Estoniyanın, Latviyanın və Litvanın nümayəndə heyyətləri Rusiyaya qarşı birgə bəyanat yayacaqlar

Avropa Şurası Parlament Assambleyasında Gürcüstanın, Ukraynanın, Estoniyanın, Latviyanın və Litvanın nümayəndə heyyətləri Rusiyaya qarşı birgə bəyanat yayacaqlar.

Bu barədə məlumatı Ukrayna nümayəndə heyyətinin rəhbəri Elizaveta Yasko yayır.

Ukraynalı deputat qeyd edir ki, beş ölkənin nümayəndə heyyətləri  Avropa Şurasının Parlament Assambleyasında daim işləyən “Baltik Plyus” adlı qrup yaratmağı planlayırlar.

Qeyd olunan qrupun məqsədi anneksiya siyasətinin qəbul edilməməsi, Rusiya tərəfindən Krımın, Ukraynanın Şərqi hissəsinin, Gürcüstanın və Moldovanın işğalını qınamaqdır.

Qeyd olunan bəyanatı Gürcüstanın adı ilə, Parlament sədinin birinci müavini və vitse-spikeri Tamar Çuqoşvili imzalayır.

Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına geri qaytarılmasına görə, Gürcüstan, Ukrayna və Baltik ölkələrinin nümayəndə heyyətləri, etiraz olaraq, Assambleyanın payız sessiyasında iştirak etmədilər.