Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyəti Ukrayna həmkarları ilə görüşdü
Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyəti Ukrayna həmkarları ilə görüşdü

Avropa Şurası Parlament Assambleyasında Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyətinin üzvləri Ukrayna həmkarları ilə görüşdülər.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında mövcud dost və partnyor əlaqələr barəsində söhbət etdilər və əməkdaşlığın müxtəlif istiqamətlə dərinləşririlməsi barəsində müzakirələr aparıdlar. Aktiv parlamentlərarası əlaqələrə və beynəlxalq formatlarda koordinasiyalı işləməyə xüsusi diqqət yetirildi. Bu kontekstdə Avropa Şurası Parlament Assambleyasında sıx əməkdaşlığın əhəmiyyəti xüsusilə qeyd olundu.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri bir-birlərinə əməkdaşlıq üçün hazırlığını ifadə etdilər və dəstəklərini təsdiq etdilər.