Avropa Şurası ministerialının keçirilməsi yeri ilə bağlı qərar sabah məlum olacaq
Avropa Şurası ministerialının keçirilməsi yeri ilə bağlı qərar sabah məlum olacaq

Gürcüstan Xarici İşlər naziri, David Zalkalianinin bəyan etdiyinə görə, Avropa Şurası prezidenti ilə görüşdə Gürcüstanda Avropa Şurası ministerialının keçirilməsi barəsində də söhbət etdi.

Zalkalianinin dediyinə görə, tərəflər ministerialın keçirilməsinin bütün mümkün variantını müzakirə etdilər.

“Sözsüz ki, ministerial barəsində də söhbət etdik. Ministerialın keçirilməsinin bütün mümkün variantını müzakirə etdik. Həmçinin onu da müzakirə etdik ki, ministerial, ssenarinin arzuolunmaz inkişafının başdan rədd edilməsi ilə keçirilsin. Buna görə, yaxın koordinasiyada qalırıq”, – Zalkaliani bəyan etdi.

Nazirin açıqlamasına görə, Strasburqda sabah nazirlər müavinləri komitəsi iclası keçiriləcək. Burada Avropa Şurası ministerialının keçirilməsi yeri ilə bağlı qərar qəbul olunacaq.

Suala seçim Strasburq və Tbilisi arasındadır? – Zalkaliani cavab verdi ki, qeyd olunan barəsində dəqiq şərhi sabah verəcək.