Avropa İttifaqının Monitorinq Missiyasının məlumatına görə, Sxinvalinin işğalçı rejimi onların müşahidəçilərini həbs edib
Avropa İttifaqının Monitorinq Missiyasının məlumatına görə, Sxinvalinin işğalçı rejimi onların müşahidəçilərini həbs edib

Avropa İttifaqının Monitorinq Missiyasının məlumatına görə, Sxinvalinin işğalçı rejimi onların müşahidəçilərini həbs edib.

Monitorinq Missiyası tərəfindən yayılan bəyanatda deyilir ki, təşkilatın silahsız olan müşahidəçiləri Cənubi Osetiyanın sözdə təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.

“Oktyabrın 24-də, gün orta saatlarında, Avropa İttifaqının Monitorinq Missiyasının müşahidəçilərini patrul etdikləri Çorçana-Tsnelisi ərazisində Cənubi Osetiyanın təhlükəsizlik qüvvələri qısa müddətliyinə həbs etdilər. Hazırda misiya baş verən hadisənin təfərrüatlarını örənməyə çalışır.

Təhlükəsizlik məsələləri ilə bağlı, son zaman baş verən hadisələrdən sonra, Aİ-nin Monitorinq Missiyası Çorçana-Tsnelisi ərazisində stabilliyin qorunması üçün patrulluğunu gücləndirmişdi.

Aİ-nin Monitorinq Missiyası, Cənubi Osetiyanın təhlükəsizlik qüvvələri tərəfindən təşkilatın fəaliyyətinə maneə yaradılması faktı ilə bağlı böyük narahatçılığını bildirir.

Baş verən insindent, Erqnetidə, “İnsindentlərin prevensiyası və reaksiya mexanizmlərinin” növbəti texniki görüşündə müzakirə olunacaq” – deyilir Monitorinq Missiyasının bəyanatında.