Avropa İttifaqının beş üzv ölkəsi Türkiyə-Yunanıstan sərhədində olan miqrant uşaqların qəbuluna razılaşdı
Avropa İttifaqının beş üzv ölkəsi Türkiyə-Yunanıstan sərhədində olan miqrant uşaqların qəbuluna razılaşdı

Avropa İttifaqının beş üzv ölkəsi Türkiyə-Yunanıstan sərhədində olan miqrant uşaqların qəbuluna razılaşdı, – bu barədə məlumatı “BBC” yayır.

Avropa Komissiyası prezidentinin məlumatına görə, qaçqın uşaqların qəbuluna Finlandiya, Fransa, Almaniya, Lüksemburq və Portuqaliya razılaşdı.

Hər bir ölkənin nə qədər miqrantın qəbul edəcəyi hələlik məlum deyil. Lakin alman mediasının məlumatına görə, Berlin hazırdır ki, 1500 uşağa sığınacaq versin.

Türkiyə-Yunanıstan sərhədinə qaçqınlar Suriyanın İdlib əyalətində durumun gərginləşməsindən sonra getdilər və Ankara onlara Avropa İttifaqı sərhədinə doğru yolu açdı.

Bu gün axşam Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gözləyirlər. Ərdoğan Avropa Şurası prezidenti Şarl Mişel və Avropa Komissiyası prezidenti ursula Fon Der  layen ilə görüşəcək.