Avropa İttifaqı Türkiyəyi Suriyənin Şimal-Şərq hissəsində hərbi əməliyyatları dayandırmağa çağırır
Avropa İttifaqı Türkiyəyi Suriyənin Şimal-Şərq hissəsində hərbi əməliyyatları dayandırmağa çağırır

Avropa İttifaqı Türkiyəyi Suriyənin Şimal-Şərq hissəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırır .

Bu barədə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komisar, Federika Mogerininin bəyanatında deyilir.

“Avropa İttifaqı təsdiqləyir ki, Suriyə münaqişəsinin hərbi əməliyyatla tənzimlənməsi mümkün deyil. Avropa İttifaqı Türkiyəyə müraciət edir ki, bir tərəfli hərbi əməliyyatları dərhal dayandırsın, çünki hərbi hücüm regionun sabitliyi üçün daha böyük problem yaradır” – deyilir bəyanatda.

Mogerininin bəyanatında bildirilir ki Türkiyənin hərəkətləri “İslam Dövlətinə” qarşı mübarizə edən beynəlxalq koalisiyanın nail olduğu tərəqqiyə də təhlükə yaradır.