Avropa İttifaqı xarici idarəsi Gürcüstanda Avropa Məktəbinin açılışı barəsində yazır
Avropa İttifaqı xarici idarəsi Gürcüstanda Avropa Məktəbinin açılışı barəsində yazır

Avropa İttifaqı xarici idarəsi Gürcüstanda Avropa Məktəbinin açılışı barəsində yazır. Pressrelizdə qeyd olunur ki, bu Avropa İttifaqı sərhədləri xaricində açılan ilk Avropa məktəbidir.

Məktəbin açılışı Gürcüstan hökuməti və Avropa İttifaqının birgə təşəbbüsüdür və burada necə gürcü, eləcə də başqa ölkələrin gənclərinin təhsil almağa imkanları olacaq.

Avropa Məktəbinin təməlini Gürcüstanın baş naziri Mamuka Baxtadze, Gürcüstan Təhsil naziri Mixeil Batiaşvili, Tbilisi meri Kaxa Kaladze və Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Yohannes Han qoydular.

Pressrelizde deyildiyi kimi, məktəb Tbilisidə Lisi Gölü ərazisində yerləşir və ilk şagirdləri 2023-cü ildə qəbul edəcək. Onlar arasında gürcü, azərbaycanlı, erməni, belarus, moldovan və ukraynalı gənclər olacaqlar.

Şərh yaz