Avropa İttifaqı Beyruta 33 milyon avro ayıracaq
Avropa İttifaqı Beyruta 33 milyon avro ayıracaq

Avropa İttifaqı Beyruta 33 milyon avro ayıracaq. Bu barədə Avropa Komissiyasının prezidenti, Urusula Fon Der Layen Livanın baş naziri ilə telefon söhbəti zamanı bəyan etdi.

Avropa Komissiyasında bəyan etdiklərinə görə, bu yardım partlayışdan sonra ölkənin bərpasına sərf olunacaq. Elə onun dediyinə görə, humanitar durumu nəzərə alaraq, Avropa İttifaqı Livana əlavə yardımın maliyyələşdirilməsinin ayrılması məsələsini da öyrənəcək.

Ona qədər Avropa İttifaqı Livana onlarca mütəxəssis və tibbi təchizat göndərdi.

Xatırladaq ki, Beyrutda partlayış 4 avqustda baş verdi. Nəticədə 137 insan həlak oldu və mindən artı xəsarət aldı.

Şərh yaz