Avropa İttifaqı - Arçil Tatunaşvilinin işi üzrə müvafiq istintaqın aparılmasını və Qiqa Otxozoriyanın qətli işi üzrə ədalətin bərpasını tələb edirik
Avropa İttifaqı - Arçil Tatunaşvilinin işi üzrə müvafiq istintaqın aparılmasını və Qiqa Otxozoriyanın qətli işi üzrə ədalətin bərpasını tələb edirik

Avropa Şurasında Avropa İttifaqı nümayəndə heyəti Rusiya-Gürcüstan münaqişəsinin 10 illiyi ilə bağlı xüsusi bəyanat yayır. Bəyanata Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monako, Monteneqro, Norveç, Makedoniya, San Marino, Ukrayna və Gürcüstan imza atır.

Avropa İttifaqı Gürcüstanın bölgələri – Abxaziya və Cənubi Osetiyada Rusiyanın qanunsuz olmasına, hərbi təlimlərinə və infrastrukturun güclndirilməsinə görə, narahatlığı bildirir.

Bəyanata əsasən, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması göstərir ki, Rusiya qonşu ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etmir.

Avropa İttifaqı Rusiyanı 2008-ci ildə, Avropa İttifaqının vasitəçiliyi ilə nail olunmuş razılaşmanın tam yerinə yetirilməsinə çağırır.

Avropa İttifaqı Gürcüstanın bölgələri – Abxaziya və Cənubi Osetiyada insan hüquqları durumunun pisləşməsinə görə, narahatlığı bildirir. Avropa İttifaqının bəyanatında söhbət Arçil Tatunaşvili və Qiqa Otxozoriya barəsində də gedir.

“Avropa İttifaqı Arçil Tatunaşvilinin işi üzrə müvafiq istintaqın aparılmasını və Qiqa Otxozoriyanın qətli işi üzrə ədalətin bərpasını tələb edir”, – Avropa İttifaqının bəyanatında deyilir.

Şərh yaz