"Avropa Gürcüstanı" Kutaisidə əhali ilə yekunlaşdırıcı seçki qabağı göruş keçirdi
"Avropa Gürcüstanı" Kutaisidə əhali ilə yekunlaşdırıcı seçki qabağı göruş keçirdi

“Avropa Gürcüstanının” lideri Davit Bakradze, partiyanın İmereti rayonunun majoritar namizədləri Akaki Boboxidze, Gigi Tsereteli və Serqo Ratiani ilə bərabər, Kutaisidə sabiq parlament binasının qabağında əhali ilə yekunlaşdırıcı seçkiqabağı görüş keçirdi.

Davit Bakradzenin dediyinə görə, Kutaisi parlamentinin binası, İvanişvili iqtidarının layihələri, ölkənin inkişafını necə dayandırdığının simvoludur.

Bakradze qeyd etdi ki, 31 oktyabr qərar verici dəyişikliklər günü olacaq və bu dəyişiklikləri “Avropa Gürcüstanı”-nın kompetent dəstəsi başladacaq.

“Sizi Kutasidə, İmeretidə, bu binanın fonunda qarşılayıram, hansı ki, dayandırılmış Gürcüstanın, yarıda buraxılmış layihələrin, dayandırılmış ölkənin, perspektivsizliyin, ümidsizliyin, bataklığın simvoludur, hansına Gürcüstanı İvanişvili iqtidarı və “Gürcü Arzusu” gətirib saldı.

Bizim bugünki görüşümüzün məqsədi bu ümidsizliyə, perspektivsizliyə, yoxsulluğa və çətinliklərə son qoymaq və birlikdə yeni ölkə inşaat edib, Gürcüstanı irəli aparmaqdır.

Bəli, 31 oktyabr o gündür, hansında növbəti dörd ildə necə bir ölkə istədiyimiz barədə  seçimimizi etməliyik. Ölkədə yığılan problemləri isə, hamımız yaxşı bilirik.

Problemlərin həlli üçün ölkəyə bir dəstə lazımdır və o dəstə, öz baxışı, tərkibi və kompetensiyası ilə problemləri həll edə bilən və ölkəyi irəli aparan “Avropa Gürcüstanıdır”, – dedi Bakradze.