Avropa Çempionatında Petriaşvilinin qızılı, Lomtadzenin gümüşü və Kençadzenin bürüncü - güləş
Avropa Çempionatında Petriaşvilinin qızılı, Lomtadzenin gümüşü və Kençadzenin bürüncü - güləş

Romada başa çatan güləş üzrə Avropa Çempionatında Gürcüstan yığması son yarış günündə üç medal qazana bildi.

Qitə birinciliyində qızıl medalı Qeno Petriaşvili (125 kq.) qazandı. O, finalda 11:0 hesabı ilə Polşalı Robert Baranı məğlubiyyətə uğratdı.

Gümüş medalın sahibi Beka Lomtadze (61 kq.) oldu. Bürünc medalı isə, Avtandil Kençadze (74 kq.) qazandı.

Avropa Çempionatında Gürcüstan yığması üzvləri sərbəst güləş üzrə cəmi bir qızıl, bir gümüş və iki bürünc medal və Yunan-Roma güləşi üzrə iki gümüş və iki bürünc medal qazandılar.