Avrokomiyanın prezidenti Donald Trampla Vaşinqtonda, iyulun 25-də görüşəcək
Avrokomiyanın prezidenti Donald Trampla Vaşinqtonda, iyulun 25-də görüşəcək

Avrokomisiyanın prezidenti Jan-Klod Yunker iyulun 25-də, Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə danışıqıar aparacaq.

Bu barədə məlumat Avrokomisiyanın rəsmi veb-səhifəsində yayılan bəyanatda verilir.

Yayılan məlumata görə, Jan-Klod Yunker və Donald Tramp arasındaki danışıqların əsas mövzusu ticarə məsələlərdəki fikir ayrılıqları olacaq.

Bundan başqa, tərəflər xarici siyasət, təhlükəsizlik, terorizmə qarşı mübarizə və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.