Avqustun 12-nə qədər Gürcüstanda güclü yağış gözlənilir
Avqustun 12-nə qədər Gürcüstanda güclü yağış gözlənilir

Sinoptiklərin proqnozuna görə, Gürcüstanın bütün ərazisində avqustun 12-nə qədər güclü yağış və dolu gözlənilir.

Ətraf Mühitin Qorunmasının Milli Agentliyinin verdiyi məlumata görə, bugündən etibarən, avqustun 12-də qədər Gürcüstanda Qara Dənizin şimal-qərbindən soyuq hava massalarının gəlmsi gözlənilir. Dənizdə isə, 3-4 ballıq qasırğa gözlənilir.

Agentliyin məlumatına görə, güclü yağışlar nəticəsində çayların məcralarından daşması da gözlənilir.

Ölkənin dağlıq yerlərində isə, heyelanlar (dağdan çamır sürüşməsi) gözlənilir.