Avqust müharibəsinin 10 illiyi ilə bağlı Gürcüstana Litva, Latviya və Polşanın Xarici İşlər nazirləri gələcəklər
Avqust müharibəsinin 10 illiyi ilə bağlı Gürcüstana Litva, Latviya və Polşanın Xarici İşlər nazirləri gələcəklər

Avqustun 6-da Litva, Latviya və Polşanın Xarici İşlər nazirləri Gürcüstana gələcəklər.

Birinci Kanalın məlumatına görə, Avropalı diplomatlardan başqa, Tbilisiyə avqustun 6-da Ukraynanın baş nazirinin müavini Pavlo Rozenko gələcək.

Birinci Kanal ilə eksklüziv müsahibəsi zamanı Litva Xarici İşlər naziri Linas Linkeviçus gələn həftə planlaşdırılmış görüş barəsində danışır və bəyan edir ki, Litva, Latviya və Polşanın Xarici İşlər nazirlərinin səfəri gürcü xalqına qarşı həmrəylik və dəstəyin ifadəsidir. Diplomatlar səfər avqust müharibəsinin 10 illiyi ilə bağlı planlaşdırdılar.

“Biz Gürcüstana gəlmək qərarını verdik və bu birgə səfərin əsas ismarıcı həmrəylikdir.

Çox ağrılı günlərdən 10 il keçdi və gürcü xalqına qarşı həmrəyliyimizi ifadə etmək istəyirik. Düşünürəm bu, Gürcüstan üçün və eləcədə bizim üçün əhəmiyyətlidir. Gürcüstan ərazisinin 20% işğal olunub. Bu deməkdir ki, real olaraq illər ərzində heçnə dəyişməyib. Davam edən işğal gözlər önündədir və təcavüzkar təhlükəli addımlarını başqa bölgələrdə də atır. Ukrayna əraziləri də işğal olunub və Moldovada donmuş münaqişəmiz var.

Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəstəyimizi davam etdiririk”, – Linas Linkeviçus byan etdi.