"Auditoriya 115" tərəfindən təşkil olunan aksiyada bir neçə aktivist həbs edildi
"Auditoriya 115" tərəfindən təşkil olunan aksiyada bir neçə aktivist həbs edildi

Aksiya iştiraçkıları parlament binasının qabağında Rustaveli küçəsini bağlamağa çalışdılar və bu səbəbə görə, polislə qarşıdurma baş verdi.

Aksiya iştirakçıları bəyan edirdilər ki, sakit etiraz etmək onların haqqıdır, ancaq polis aktivistləri həbs etdi.

“Auditoriya 115”-in üzvləri “Tkibuliyə həmrəy olaq” sloqanla etiraz aksiyası keçirirdilər.

Aksiya iştirakçıları Universitetin birinci korpusundan parlament binasına qədər yürüyüş etdilər.

Onlar Tkibulidə baş verən faciəyə görə, İqtisadiyyat Naziri Dimitri Kumsişvilinin istefa etməsini və Tkibulinin alternativ inkişaf planının hazırlanmasını tələb edirdilər.