Audit - 2015-2016-cı illərdə İctimai Yayımçıda büdcə prossesinin idarəsi nöqsanlarla həyata keçirilirdi
Audit - 2015-2016-cı illərdə İctimai Yayımçıda büdcə prossesinin idarəsi nöqsanlarla həyata keçirilirdi

2015-2016-cı illərdə İctimai Yayımçıda büdcə prossesinin idarəsi nöqsanlarla həyata keçirilirdi.

Bu barədə Dövlət Auditi Xidmətinin hesabatında deyilir.

Hesabat 2015-ci ilin yanvarın birindən 2016-cı il dekabrın 31-nə qədər dövrü əhatə edir.

 

Dövlət Auditi Xidmətinin hesabatına uyğun olaraq, qeyd olunan dövrdə səlahiyyət müddəti başa çatmış qəyyumlar şurasının üzvü, beş ay ərzində mükafat şəklində, əsassız olaraq 12 800 lari almışdır.

Dövlət Auditi Xidmətinin hesabatında deyildiyi kimi, təsdiq olunmuş büdcə il ərzində dəfələrlə dəyişirdi.

Hesabata uyğun olaraq, 2015-2016-cı illərdə İctimai Yayımçıda əmək haqqı, kassa yerinə yetirilmələrinə uyğun olaraq təqdim olunmuş 431 213 lari və 521 278 lari əvəzinə, əslində 2015-də 16 652 617 lari və 2016-da 21 329 289 larini təşkil etdi.

 

“Qəyyumlar şurası ilə razılaşdırılmadan, Yayımçının baş direktoru əməkdaşlarının əmək haqqlarını 1 182 139 lari ilə artırdı. İctimai Yayımçı, qəyyumlar şurası tərəfindən təsdiq olunmuş büdcədə qanunla müəyyənləşdirilmiş müvafiq dəyişikliklərsiz, qarşıdakı xərcləri həyata keçirdi: 2015-ci ildə 3 704 559 lari, 2016-cı ildə isə 4 302 233 lari”, – hesabatda deyilir.