ATƏT-in dostluq qrupu Gürcüstan ərazilərinin işğal olunmasının davam etməsinə görə narahatlıqlarını bildirirlər
ATƏT-in dostluq qrupu Gürcüstan ərazilərinin işğal olunmasının davam etməsinə görə narahatlıqlarını bildirirlər

ABŞ, Böyük Britaniya, Kanada, Rumıniya, Polşa, Litva, İsveç, Çexiya, Latviya və Estoniya tərəfindən ATƏT -in 24-cü Nazirlər Şurası çərçivəsində, ATƏT-də Gürcüstanın dostları qrupu adından Gürcüstan əlaqədar birgə bəyanat edildi.

Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, dost ölkələr Gürcüstanın ərazi bütöblüyü və suverenliyinə tam dəstəklərini bəyan edirlər. Bununla yanaşı, Gürcüstanın Avropa və Avroatlantik strukturlarına inteqrasiyaya doğru cəhdinə dəstək bildirilib və Gürcüstan hökumətinin bu istiqamətlə səyləri müsbət dəyərləndirilib.

Bəyanatda qeyd olunduğu kimi, dost ölkələr Gürcüstan tərəfindən demokratiyanın konsolidasiyası, insan haqqları və iqtisadi inkişaf baxımından, nail olduğu tərəqqini alqışlayırlar. Bəyanatda dost ölkələr Gürcüstanda yerli özünüidarəetma seçkilərinin uğurla keçirilməsini təbrik edirlər.

“Gürcüstanın ərazi bütöblüyü və suverenliyinə tam dəstəkyimizi təsdiq edirik. Gürcüstanın Avropa və Avroatlantik strukturlarına inteqrasiyaya doğru cəhdinə dəstəyimizi və Gürcüstan hökumətinin bu istiqamətlə səylərini müsbət dəyərləndiririk. Gürcüstan tərəfindən demokratiyanın konsolidasiyası, insan haqqları və iqtisadi inkişaf baxımından, nail olduğu tərəqqini alqışlayırıq.

Gürcüstan hökumətini və xalqını, 2017-ci il yerli özünüidarəetma seçkilərinin uğurla keçirilməsini təbrik edirik”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin, rusiya federasiyasını, 2008-ci il avqustun 12-də, Ai vasitəçiliyi ilə atəşkəs barədə razılığıni tam yerinə yetirməyə,  o cümlədən Gürcüstanın işğal olunmuş ərazilərin hərbi birləşmələrinin çıxarılmasına çağırır.

Qeyd olunasıdır ki, bənzər bəyanat ATƏT-in ministerialı çərçivəsində, 208-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ikinci dəfə edilir.

İdarənin məlumatına görə, ATƏT-də Gürcüstanın dost ölkələri sırasına daha üç ölkə – Çexiya, Latviya və Estoniya əlavə oldu.