ATƏT-in baş katibi Gürcüstan İqtidarının sülh siyasətinə dəstəyini təsdiqlədi
ATƏT-in baş katibi Gürcüstan İqtidarının sülh siyasətinə dəstəyini təsdiqlədi

Gürcüstanın Xarici İşlər Nazirinin müavini David Dondua ATƏT-in baş katibi Tomas Qreminderlə görüşdü.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Rusiya-Gürcüstan ilə bağlı məsələlər müzakirə olundu.

Nazir müavini ATƏT-in baş katibinə işğal edilmiş ərazilərdə mövcud olan vəziyyətlə bağlı təfərrüatlı məlumat verdi.

David Dondua Rusiya-Gürcüstan münaqişəsinin ATƏT çərçivəsində müzakirə olunmasının zərurətini vurğuladı.

Nazirliyin məlumatına görə, ATƏT-in baş katibi Gürcüstan iqtidarının sülh təşəbbüsünü dəstəklədiyini təsdiqlədi və bəyan etdi ki, ATƏT mövcud olan münaqişənin sülh yolu ilə həll edilməsi prosesinə fəal şəkildə qoşulacaq.

Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vena şəhərinə rəsmi səfərlə aprelin 11-12-də getdi.