ATƏT-in 28-ci ministerialı çərçivəsində ATƏT-in keçmiş, hazırkı və gələcək iki illik rəhbərləri birgə bəyanat verdilər
ATƏT-in 28-ci ministerialı çərçivəsində ATƏT-in keçmiş, hazırkı və gələcək iki illik rəhbərləri birgə bəyanat verdilər

ATƏT-in 28-ci Nazirlər Şurasının iclası çərçivəsində ATƏT-in keçmiş (Albaniya), hazırkı (İsveç) və növbəti iki ilin sədrləri (Polşa və Şimali Makedoniya) birgə bəyanat yaydılar. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Sənəddə “Dördlük” Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdi; Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya bölgələrində insan hüquqlarının vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıq ifadə olundu.

“Dördlük” ATƏT adından Cenevrə Beynəlxalq Danışıqlarını tərəddüd etmədən dəstəkləyir və Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə bu formata rəhbərlik etməyə hazır olduğunu bir daha təsdiqləyir. Həmçinin Cenevrə danışıqlarının əsas məsələlərini – güc tətbiq etməmək, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması, qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının vacibliyini vurğulanır.

Sənəd həmçinin “Dördlüyü” 2008-ci il atəşkəs sazişindən irəli gələn öhdəlikləri tam və operativ şəkildə yerinə yetirməyə çağırır.

Qeyd olunasıdır ki, “Dördlüyün” bəyanatı bir növ yekun sənəddir, onu ATƏT-in fəaliyyətdə olan sədri ötən il və növbəti nazirlər səviyyəsində siyasi qərarlar üzrə konsensusun olmadığı bir vaxtda hazırlayır”, – XİN-in məlumatında deyilir.