ATƏT-də Böyük Britaniyanın nümayəndə heyyətini rəhbəri - Gürcüstanda hələ heç, olmayanlar oraya mütləq gedin
ATƏT-də Böyük Britaniyanın nümayəndə heyyətini rəhbəri - Gürcüstanda hələ heç, olmayanlar oraya mütləq gedin

Gürcüstan rəngarəng və maraqlı ölkədir, orada heç olmayanlara, mütləq Gürcüstan getmələrini tövsiyyə edirəm, – bu sözləri ATƏT-in Parlament Assambleyası çərçivəsində, gürcü parlamentarizmin 100 illiyinə həsr olunan tədbirdə, Böyük Britaniya nümayəndə heyyətinin rəhbəri Mark Priçard dedi.

Priçard Gürcüstanın maraqlı tarixini və qədim şərab mədəniyyətini xüsusi ilə vurğuladı.

Gürcü parlamentarizminin 100 illiyinə həsr olunan tədbirin məruzəçiləri Gürcüstanın nümayəndə heyyətinin rəhbəri Sopio Katsarava, ATƏT-in Parlament Assambleyasının prezidenti Gigi Tsereteli, Almaniya nümayəndə heyyətinin rəhbəri Doris Barnet və Böyük Britaniya heyyətinin rəhbəri Mark Priçard idi.

Tədbirdə foto sərgi keçirildi, 100 illik parlamüentarizm filmi göstərildi və gürcü şərabının dequstasiyası oldu.

Tədbirdə Amerika, Avstriya, Almaniya, Böyük Britaniya, Ukrayna, Slovakiya, Çexiya, Serbiya, Azərbaycan və digər ölkələrin parlamentarları iştirak edirdilər.