Armen Sarkisyan Salome Zurabişviliyə, Didi Diğomidə baş verən faciəyə görə başsağlığı verdi
Armen Sarkisyan Salome Zurabişviliyə, Didi Diğomidə baş verən faciəyə görə başsağlığı verdi

Ermənistan prezidenti, Armen Sarkisyan Gürcüstan prezidenti Salome Zurabişviliyə, Didi Diğomidə baş verən faciəyə görə başsağlığı məktubu göndərdi.

Məlumatı Ermənistanın Gürcüstandakı Səfirliyi yayır.

Partlayış Tbilisidə, Didi Diğomidə dünən baş verdi. Hadisə nəticəsində dörd nəfər həlak oldu. Səkkiz nəfər xəsarət alıb. Hazırda bir azyaşlı uşaq xəstəxanada qalmaqdadır. Partlayış nəticəsində zərər çəkənləri Meriya mehmanxanalara yerləşdirdi. İlkin məlumata görə, partlayış qazın sızması nəticəsində baş verdi. İstintaq aparılır.