Arçil Tatunaşvilinin cəsədi işğal edilən Sxinvalidən gələn həftənin əvvəlində gətiriləcək
Arçil Tatunaşvilinin cəsədi işğal edilən Sxinvalidən gələn həftənin əvvəlində gətiriləcək

Arçil Tatunaşvili işğal edilən Sxinvalidən ehtimala görə, gələn həftənin əvvəlində gətiriləcək.

Bu barədə bəyanatı Dövlət Təhlükəsizlik Xidmətinin analitik departamentinin rəhbər müavini Kaxa Kemoklidze verdi.

Kemoklidzenin dediyinə görə, Sxinxalinin de-fakto iqtidarı ilə danışıqlar aparılır. Onların bəyanatına görə, həbs edilən şəxslərin fəaliyyətləri və Tatunaşvilinin ölüm səbəbi ilə bağlı orada da istintaq aparılır.

“Biz əlimizdən gələni edirik ki, ölən şəxsin cəsədi və digər həbs edilən şəxslər tez zamanda evlərinə qaytarılsın. İşğal altında olan de-fakto iqtidarın bəyanatına görə, həbs edilən şəxslərin və Tatunaşvilinin cəsədi, mərkəzi iqtidara bazar ertəsi və yaxud çərşəmbə axşamı həyata keçiriləcək” – dedi Kemoklidze.