Arçil Talakvadze Venesiya Komissiyasına partiyaların maliyyələşdirilməsi və qeydiyyatın ləğv olunması barəsində qanunvericilik dəyişikliklərinin dəyərləndirilməsi ilə müraciət etdi
Arçil Talakvadze Venesiya Komissiyasına partiyaların maliyyələşdirilməsi və qeydiyyatın ləğv olunması barəsində qanunvericilik dəyişikliklərinin dəyərləndirilməsi ilə müraciət etdi

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Venesiya Komissiyasına, partiyaların maliyyələşdirilməsi və qeydiyyatın ləğv olunması barəsində qanunvericilik dəyişikliklərinin dəyərləndirilməsi ilə müraciət etdi.

Bu barədə Venesiya Komissiyası “tvitter” sosial şəbəkəsində dərc olunmuş bəyanatında qeyd edir.

“Gürcüstan Parlamentinin sədri qarşıdakı məsələlər üzrə, Venesiya Komissiyasından iki fikir tələb etdi: Seçki Məcəlləsi, vətəndaşların siyasi birləşməsi haqıında qanun və Parlament reqlamentinin düzəlişləri layihəsi; Seçki Məcəlləsinin 791-ci maddəsi layihəsi (partiyaların qeydiyyatının ləğvi)”, – Venesiya Komissiyasının bəyanatında deyilir.

Parlament çoxluğunun lideri, İrakli Kobaxidze ötən ilin sonunda təşəbbüs irəli sürdü ki, partiyaların maliyyələşdirilməsi və partiyaların seçki qeydiyyatının ləğv olunması ilə bağlı qanunlayihənin ikinci dinləmə ilə müzakirəsi, ATƏT/ODIHR və ya Venesiya Komissiyasının yekun nəticələrindən sonra davam etdirilsin.

Şərh yaz