Arçil Talakvadze - ümumi məqsəd müəyyənləşdirildi ki, Arçil Tatunaşvilinin işi üzrə parlament bir qətnamə qəbul etsin
Arçil Talakvadze - ümumi məqsəd müəyyənləşdirildi ki, Arçil Tatunaşvilinin işi üzrə parlament bir qətnamə qəbul etsin

Parlament çoxluğunun lideri, Arçil Talakvadzenin bəyan etdiyinə görə, Arçil Tatunaşvilinin vəfat etməsi məsələsi üzrə birgə qətnamənin işlənib hazırlanması üçün parlament çoxluğu və azlığı arasında məsləhətləşmələrin başa çatmasına çox az vaxt lazım gələcək.

Arçil Talakvadzenin parlament çoxluğu və azlığı arasında məsləhətləşmələrin başa çatmasından sonra bəyan etdiyinə görə, konkret detallar barəsində danışa bilməz, çünki istəmir ki, cari məsləhətləşmələr prossesi pozulsun.

“Məsləhətləşmələrin başa çatmasına çox az vaxt lazım gələcək, çünki biz artıq konkret detallara daxil olduq. Azlıq tərəfindən təqdim olunan mexanizmlər üzrə razılığa gəldik ki, öncədən bu mövqelərin qeyd olunmasından tərəddüd edək. Məsləhətləşmələrdə ümumi məqsəd müəyyənləşdirildi ki, parlament bir qətnamə qəbul etsin”, – Arçil Talakvadze bəyan etdi.