Arçil Talakvadze söz verir ki, ODİHR missiyası ilə daha fəal şəkildə əməkdaşlıq edəcək
Arçil Talakvadze söz verir ki, ODİHR missiyası ilə daha fəal şəkildə əməkdaşlıq edəcək

Söz verirəm ki, parlamentdə ali məhkəmənin hər bir hakim namizədi ilə bağlı, maksimal şəkildə şəffaf, müzakirələr aparılacaq, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze  ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisinin (ODİHR) hesabatını şərhləndirərkən verdi.

“Bütün vacib suallar qoyulacaq və ancaq bundan sonra parlament tərəfindən qərar veriləcək” – dedi parlamentin sədri.

Arçil Talakvadze qeyd etdi ki, iqtidar dəstəsi partnyorlarının tövsiyyələrinə və rekomendasiyalarına hörmət edir və ODİHR missiyası ilə daha fəal şəkildə əməkdaşlıq etməyə söz verdi.

Qeyd edək ki, ATƏT-in demokratik institutları və insan hüquqlarının qorunması ofisinin (ODİHR) hesabatına əsasən, Gürcüstanda Ali Məhkəmənin hakim namizədlərinin nominasiyası və təyin edilməsi prosesində yolsuzluqlar var.