Arçil Talakvadze - Qoça Lortkipanidze tarix yaratdı, Haaqa Məhkəməsində hakim olan ilk gürcüdür
Arçil Talakvadze - Qoça Lortkipanidze tarix yaratdı, Haaqa Məhkəməsində hakim olan ilk gürcüdür

Haaqanın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) doqquz il müddətilə hakim seçilməklə, Gürcüstan Ədliyyə naziri, Qoça Lortkipanidze tarix yaratdı. O, Haaqa Məhkəməsində hakim olan ilk gürcüdür, – Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze “tvitter” səhifəsində yazır.

“Təhsil, çalışqanlıq və ədalət önəmlidir”, – Arçil Talakvadze rəsmi “tvitter” səhifəsində yazır.

Haaqanın Beynəlxalq Cinayət Məhkəməsində yeni seçilmiş hakimlərin andiçmə mərasimi keçirildi. Altı yeni seçilmiş hakimlə birlikdə, Gürcüstan Ədliyyə naziri, Qoça Lortkipanidze də hakim andını içdi. Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, Qoça Lortkipanidze Haaqanın Beynəlxalq Cinayət Məhkəməsinə seçilən ilk gürcü hakimidir. Haaqada nümayəndəmiz bu günə qədər olmayıb. Qoça Lortkipanodzenin namizədliyini 76 deleqat dəstəklədi. Onu doqquz illiyinə seçdilər. Haaqa Məhkəməsində hakim vəzifəsinin icrasına qədər, Qoça Lortkipanidze işini Gürcüstan Ədliyyə naziri vəzifəsində davam etdirəcək