Arçil Talakvadze  - Parlament hökumət tərkibini yaxın günlərdə təsdiq edəcək
Arçil Talakvadze - Parlament hökumət tərkibini yaxın günlərdə təsdiq edəcək

Gürcüstan Parlamenti hökumət tərkibini yaxın günlərdə təsdiq edəcək, –  bu barədə Gürcüstan Parlamentinin sədri rəsmi “tvitter” səhifəsində yazdı.

Arçil Talakvadzenin dediyinə görə, hakim komanda vətəndaşların firəvanlığı üçün hökumət siyasətinin dayanmadan həyata keçirilməsini təmin edəcək.

“Biz vətəndaşların firəvanlığı üçün hökumət siyasətinin və funksiyalarının dayanmadan həyata keçirilməsini təmin edəcəyik. “Gürcü Arzusu” həmçinin, tərəqqinin nail olunması üçün gələcək addımları müəyyənləşdirib”, –  talakvadze yazır.

Gürcüstanın baş naziri, Giorgi Qaxariya istefa verdi. Bu barədə Giorgi Qaxariya hökumətin administrasiyasında keçirilən fövqəladə brifinqdə bəyan etdi. “Gürcü Arzusu” baş nazirliyə namizəd olaraq İrakli Ğaribaşvilini adlandırdı. Bu barədə qərarı partiyanın siyasi şurasının bugünki iclasında qəbul etdilər.