Arçil Talakvadze - müxalifətə rəmzi olaraq, onların dəyərlərini əks etdirən kəsilmiş qıfılı vermək istəyirəm
Arçil Talakvadze - müxalifətə rəmzi olaraq, onların dəyərlərini əks etdirən kəsilmiş qıfılı vermək istəyirəm

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Parlamentin büro iclasında müxalifət nümayəndələrinə rəmzi olaraq qıfılı qaytardı.

Arçil Talakvadzenin qeyd etdiyinə görə, qıfıl müxalifətin vətəndaşlara, dövlətə qarşı yanaşmalarını və dəyərlərini əks etdirir.

“Parlament müxalifətinin bir hissəsi birbaşa efirdə Parlamentin qapılarına qıfıl vurdu. İctimaiyyətə bu insanları xatırlatmaq istəyirəm. Bu insanlar kimlərdi – bu insanlar öz vaxtında insan hüquqlarına, mediaya, özəl mülkiyyətə, institutlara, ölkənin azadlıq ideasına qıfıl qoydular. Onlar buna indi də çalışırlar. Buna görə mən onlara bu qıfılı vermək istəyirəm. Qıfıl müxalifətin vətəndaşlara, dövlətə qarşı yanaşmaları və dəyərlərini əks etdirir”, – Arçil Talakvadze bəyan etdi.