Arçil talakvadze - Mixeil Saakaşvili Parlament seçkiləri prosesinə qanunsuz qarışdı, bunu müşahidəçilər, bütün ictimaiyyət gördü
Arçil talakvadze - Mixeil Saakaşvili Parlament seçkiləri prosesinə qanunsuz qarışdı, bunu müşahidəçilər, bütün ictimaiyyət gördü

Mixeil Saakaşvili Parlament seçkiləri prosesinə qanunsuz qarışdı. Bunu necə müşahidəçilər, eləcə də bütün ictimaiyyət gördü, – bu barədə “Gürcü Arzusunun” liderlərindən biri, Arçil Talakvadze jurnalistlərlə söhbəti zamanı bəyan etdi.

“Onun qayıtması barəsində verdiyi vədlərə gəldikdə, yadımızdadır ki, illərdir gah buludlarla, gah sərhədlə, gah təyyarə ilə, gah piyada Gürcüstana gəlir. Onun sözlərinə görə, artıq bir neçə dəfə gəlmiş olmalıdı. Lakin nə vaxt gələcəyini, güman ki, partiyada onun dostları bilirlər.

Birbaşa deyirəm, Saakaşvili siyasi keçimişin bir hissəsidir, onun keçmiş ilə problemləri var və bir çox suala cavab verməlidir. Müvafiq olaraq, Gürcüstana gəlsə, ilk növbədə bu suallara cavab verməli olacaq”, – Talakvadze bəyan etdi.